ONN İnformasiya Agentliyi

Dünyanın gözü Rusiyada: TARİXİ AN yaşanacaq

Dünyanın gözü Rusiyada: TARİXİ AN yaşanacaq
19 Sentyabr 2021 - 11:21

Rusiya Beynəlxalq Kosmos Stansiyasında “Vyzov” adlı ilk kosmik filmini çəkməyə hazırlaşır.

ONN media xəbər verir ki, Rusiya Kosmik Agentliyi və “Birinci” kanalın birgə layihəsi çərçivəsində çəkiləcək film üçün xüsusi təlim alan komanda kosmik səyahətdən əvvəl son hazırlıq işlərini başa çatdırmaq üçün Qazaxıstanın Baykonur Kosmodromuna gəlib.

“Vyzov” adlı ilk kosmik filmin rejissoru Klim Şipenko və aktrisa Yuliya Peresild kosmonavt Anton Şkaplerovun müşayiəti ilə “Soyuz MS-19” kosmik gəmisi ilə 5 oktyabrda kosmosa göndəriləcək.

Rusiyadakı Yuri Qaqarin Astronavt Hazırlıq Mərkəzində xüsusi təlim prosesini uğurla başa vuran Şipenko və Peresild Beynəlxalq Kosmik Stansiyada 12 gün qalacaqlar.

Astronavt Oleq Noviskinin rəhbərlik etdiyi komandanın “Soyuz MS-18” kosmik gəmisində 17 oktyabrda Yerə qayıtması planlaşdırılır.

Rusiya Kosmik Agentliyi Elon Mask, Riçard Branson və Cef Bezosa oktyabrın 5-də Baykonur Kosmodromunda keçiriləcək təqdimat mərasimi üçün dəvət göndərdiklərini açıqlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png