ONN İnformasiya Agentliyi

Ərdoğan ABŞ-da Qaribaşvili ilə Qafqazı müzakirə etdi

Ərdoğan ABŞ-da Qaribaşvili ilə Qafqazı müzakirə etdi
22 Sentyabr 2021 - 14:17

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-da görüşüb.

ONN media xəbər verir ki, bu məlumatı Qaribaşvilinin mətbuat xidməti yayıb. Görüşdə əsas müzakirə mövzusu Cənubi Qafqazdakı situasiya olub.

Qaribaşvili Gürcüstanın bundan sonra da Qafqaz regionunda uzunmüddətli sülh və stabillik üçün çalışmağa hazır olduğunu bildirib.

Tərəflər Azərbaycanla Ermənistan arasında iyun ayında əldə olunan mina xəritələri mübadiləsi qarşılığında 15 erməni əsirin qaytarılması barədə razılığa da toxunub. Hər iki lider baş tutan mübadilənin qonşular arasında əməkdaşlıq üçün yaxşı əsas olduğunu bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png