ONN İnformasiya Agentliyi

Bu mövsümün ən böyük bəlasından xilas olun

Bu mövsümün ən böyük bəlasından xilas olun
11 Oktyabr 2021 - 1:03

Havaların soyuması ilə boğaz ağrısı, hərarət, qrip kimi hallar da artıb. Boğaz ağrısının tez keçməsi üçün isə ən yaxşı vasitələr evdə hazırlanan dərmanlardır.

ONN media sizi qısa vaxtda sağaldacaq məlhəmlər təqdim edir:

Əgər udquna bilmirsinizsə, tez-tez öskürürsünüzsə, bitki çaylarına üstünlük verin. Çobanyastığını dəmləyib için, içərisinə azca bal da qata bilərsiniz.

Adaçayı da boğaz ağrısına ən yaxşı gələn vasitələrdəndir. Onu qaynadıb, içərisinə 1 qaşıq bal töküb ilıq halda için. Boğazdakı iltihabı qısa vaxtda aradan qaldıracaq.

Əgər güclü öskürəyiniz varsa, razyana istifadə edin. Həm öskürəyi aradan qaldırır, həm də bəlğəmi təmizləyir.

Sizi sağaldacaq digər vasitə isə nanədir. Nanaəni qaynadıb, içərisinə darçın və limon atıb için. İmmunitetinizi gücləndirəcək.

Əgər boğazınız çox ağrıyırsa duzlu suya yod damcıladıb qarqara edin. Çalışın boğazınıza qədər getsin. Ağız boşluğundakı toksinləri təmizləyəcək.

Soyuq havada çoxları dondurma yeməkdən çəkinir. Bəziləri elə düşünür ki, dondurma bu, xəstələnməyə səbəb ola bilər. Alimlər araşdırma apararaq sübut ediblər ki, dondurma iltihabı öldürür.(axşam.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png