ONN İnformasiya Agentliyi

Əsgər Ağayevin şikayəti təmin edilmədi

Əsgər Ağayevin şikayəti təmin edilmədi
28 Oktyabr 2021 - 16:17

Bakı Apellyasiya Məhkəməsində 17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayevin şikayətinə baxılıb.

ONN media xəbər verir ki, hakimlər təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib. Binəqədi rayon məhkəməsi tərəfindən onun barəsində verilmiş 4 aylıq həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirib. O əlavə edib ki, işi aparan Yasamal rayon prokuroru Elman Süleymanov qanunsuz olaraq cinayət işinə xitam verib.

Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png