ONN İnformasiya Agentliyi

Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında

Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
29 Oktyabr 2021 - 12:49

Rusiyada cinayət törədən Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONN media xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 17-nə təyin olunub.

Qeyd edək ki, 2015-ci ilin oktyabrın 25-də Rusiyanın İstintaq Komitəsinin Tatarıstan İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanan və Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

2021-ci ilin aprel ayının 26-da Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif oluub.

Daha sonra 1965-ci il ttəvəllüdlü Ucar rayonu Qaradağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan Azərbaycan vətəndaşı Əlövsət Məmmədov istintaqa cəlb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png