ONN İnformasiya Agentliyi

Bakıda daha bir məktəb BAĞLANDI

Bakıda daha bir məktəb BAĞLANDI
01 Noyabr 2021 - 15:53

Paytaxtdakı 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant formada davam edəcək.

ONN media bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin 25 şagird və dörd müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. 

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə dərslərin distant formaya keçirilməsi barədə məlumat vermişdik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png