ONN İnformasiya Agentliyi

Bakının bu ərazisindən sakinlər köçürüləcək

Bakının bu ərazisindən sakinlər köçürüləcək
15 Noyabr 2021 - 9:58

Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlərdə iri çatlar yaranıb.

ONN media xezerxeber.az-a istinadla xəbər verir ki, sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib.

Evlərin hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb.

Sakinlər hələ də sürüşmə təhlükəsi olan bu ərazidə yaşayırlar.

Sakinlərin sözlərinə görə, sürüşmə zonasında təhlükə hər ötən gün artır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov “Xəzər Xəbər”ə bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir. 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.

Qeyd edək ki, “Zığ-1” sürüşmə zonası kimi qeydə alınan bu ərazi ümumilikdə 55 hektar ərazini əhatə edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png