ONN İnformasiya Agentliyi

Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək – AÇIQLAMA

Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək – AÇIQLAMA
15 Noyabr 2021 - 13:57

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”nə əsasən gələn il Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı kompensasiya ödənişlərinin həyata keçirilməsi üçün 9,5 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur. Həmçinin sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı xərclər üçün 9,3 mln. manat subsidiya ayrılacağı gözlənilir.

ONN media bildirir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Ölkə.az -a açıqlamasında bildirdi ki, 2022-ci ildə bank sektorundakı güzəştlər davam etdiriləcək. Büdcə sistemi haqqında qanuna uyğun olaraq təqdim olunmuş “2022-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində həm fiziki şəxslər, həm sahibkarlar üçün dövlət dəstəyinin olunması və kompensasiyanın ödənilməsi nəzərədə tutulur:

“Əvvəla fiziki şəxslər üçün 9,5 mln manat vəsaitin problemli kreditlərin həlli üçün ayrılması təklif olunur. Bu, daha çox pandemiyanın təsir etdiyi sektorda çalışan vətəndaşlar üçün güzəşt müddətinin uzadılması nəticəsində həyata keçirilən dəstək olacaq. Nəzərə alsaq ki, Mərkəzi Bank güzəşt müddətinin ilin  sonuna qədər uzadılması ilə bağlı qərar qəbul edib, pandemiya və xüsusi karantin rejiminin davam edəcəyi halda bu müddətin 2022-ci ildə də uzadılacağı gözlənilir. Eyni zamanda, əvvəlki illərdə problemli kreditlərin həlli ilə bağlı dövlət dəstəyinin genişləndirilməsi müşahidə olunmuşdu. Həmin paket daxilində problenmli kreditlərini ödəməkdə fərqli səbəblərdən çətinliyi olan vətəndaşlarımızla bağlı da müzakirələr gedir. Mərkəzi Bank bu istiqamətdə də dəstəyini davam etdirəcək”. 

Millət vəkilinin sözlərinə görə, 9,3 mln manat isə sahibkarların dəstəklənməsi, faizlərin kompensasiya edilməsi və subsidiyanın verilməsi üçün istifadə ediləcək: “İqtisadiyyat Nazrliyi tərəfindən sahibkarların dəstəklənməsi siyasəti davam etdirilir və xüsusilə, pandemiyadan əvvəkli dövrdə kredit götürmüş vətəndaşların kreditlərinə subsidiya tətbiq edilir. 2022-ci ildə də bu mexanizmdən istifadə olunacaq, faizlərin bir qismi dövlət tərəfindən maliyyələşəcək. Bu da sahibkarların daha aşıağı faizlə kredit götürməsinə imkan verəcək. Bütün bunlar həmin kreditlərin qaytarılması ilə bağlı mövcud çətinliklərin əvvəlcədən yumşaldılması, sahibkar xərclərinin bir qisminin kompensasiyası baxımından vacibdir”. 

“Ümumilikdə, 2022-ci ildə fiziki və hüquqi şəxslərin kreditlərinin ödənilməsi, faizlərin subsidiyalaşması ilə bağlı dövlət dəstəyi davam etdiriləcək və bu, dövlət büdcəsində öz əksini tapıb. Büdcə təsdiqləndikdən sonra bu sahəyə vəsait ayrılacaq”, – deyə V. Bayramov əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png