ONN İnformasiya Agentliyi

Bakı Limanının hədəfləri açıqlandı

Bakı Limanının hədəfləri açıqlandı
07 Dekabr 2021 - 15:08

Bu il “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC 5,5 milyon tona yaxın yükün aşırmasını hədəfləyib.

ONN media  xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlama və inkişaf departamentinin müdiri Xudayar Həsənli “Azərbaycanın logistika imkanları. Real vəziyyət və perspektivlər” mövzusunda media nümayəndələri üçün keçirilən təlimdə bildirib.

Onun sözlərinə görə, ötən il Bakı Limanı 4,7 mln. ton yük aşırıb.

Xudayar Həsənli qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycana Türkiyə-Mərkəzi Asiya istiqamətində (Əfqanıstan daxil olmaqla) ağır tonnajlı yük avtomobilləri ilə ölkə ərazisində yükdaşımaları artırmağa imkan yaradacaq.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Bakı Limanı 4,707 mln. tona yaxın yük aşırıb, bu da illik müqayisədə 18,2% çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png