ONN İnformasiya Agentliyi

“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili

“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili
01 Fevral 2022 - 20:17

“Müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsinə konstitusion hüquqlar kontekstində yanaşılması çox aktual və vacibdir”.

ONN media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında deyib.

Millət vəkili xatırladıb ki, ölkə Konstitusiyasının 18-ci maddəsində din və dövlət münasibətləri öz əksni tapıb: “Normaya əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Həmçinin əsas qanun bütün dini etiqadların qanun qarşısında bərabər olmasını da özündə ehtiva edir. Ümumiyyətlə, dinlər və dövlətlər, sadəcə, mücərrəd ideyaları deyil, eyni zamanda, cəmiyyətin ictimai reallığını tənzimləməyə xidmət göstərən fəaliyyətlər həyata keçirir. Dini qurumlar cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi vəzifələrini yerinə yetirir”.

Komitə sədri əlavə edib ki, dövlət və dini icmaların qarşılıqlı münasibətlərinə toxunarkən Konstitusiya bu müddəaları konkretləşdirməklə yanaşı, bəzi halları müəyyən edir. “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir. Dini təhsil, din xadimlərin intellektual səviyyəsinin artırılması və.s məsələlər din-dövlət münasibətlərinin tənzimlədiyi normalar sisteminə daxil olur və bu sahədə qanunvericiliyin təkmilləşdirlməsi aktuallıq kəsb edir”,-o qeyd edib.

S.Qurbanov bildirib ki, sözügedən qanun layihəsi islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin olunması, onların atesstasiya edilməsi, habelə dini qurumların, o cümlədən dini icmaların yaradılması və dövlət qeydiyyatı ilə bağlı müddəaların təkmilləşdirilməsi məqsədi daşıyır: “Bildiyimiz kimi, Azərbaycanda hazırkı dövrdə iki universitet ali dini təhsil verir – bunlar Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazasında yaradılmış Azərbaycan İlahiyyat İnstitutudur. Amma bəzi hallarda biz heç bir təhsili olmayan şəxslərin din xadimi adı altında radikal dini meyllərin təbliğatı ilə məşğul olmasının şahidi oluruq. Bu sahədə dövlət siyasətinin konstitusion normalara əsaslanmasının təmin olunması nöqteyi nəzərdən “Dini etiqad azadlığı haqqında” qanunun təkmilləşməsi çox zəruridir”.

Komitə sədrinin sözlərinə görə, yeni qanun layihəsi ianələrin toplanmasının müxtəlif formalarını müəyyən edir, həmçinin bu sahədə şəffaflığın təmin olunması baxımından zəruri dəyişiklikləri özündə ehtiva edir. “Hesab edirəm ki, “Dini etiqad azadlığı haqqında” qanuna yeni dəyişikliklərin edilməsi din-dövlət münsibətlərində qarşılıqlı etimadın daha da yüksəldilməsi, dini etiqad azadlığının təmin olunmasına gözəl töhfə olacaq”.

“AzPolitika.info”

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png