ONN İnformasiya Agentliyi

“Ata uşağın bezini dəyişməyi bacarmalıdır”

“Ata uşağın bezini dəyişməyi bacarmalıdır”
04 Fevral 2022 - 11:39

“Birtərəfli valideynlik olmur. Təkcə mən pul qazanıram, sən qayğını çək, demək olmaz. Uşağın qayğısını çəkəndə onu daha çox sevirsən. Bir ata uşağının bezini dəyişmək istəməyəndə, ona necə ata demək olar? Ana ilə yanaşı ata da uşağın bezini dəyişməyi bacarmalıdır. “Mən kişiyəm, mən uşağın altını dəyişəcəm” kimi cümlələri doğru kimi qəbullanmışıq. Bu məzuniyyət ona görə verilir ki, bəylər uşağın çətin dönəmində anaya yardım etsin”.

Bu sözləri Tanınmış yazar Aysel Əlizadə modern.az-a açıqlamasında atalıq məzuniyyətinə münasibət bildirərkən deyib.

“Həqiqətən də yeni övladı dünyaya gətirmiş anaya dəstək çox lazımdır. Qadın o dönəmdə özünü itirir, həyəcanlanır, çünki onun qarşısında balaca bir canlı var və onu yaşatmalıdı. Qorxur ki, nəfəsi kəsilər, süd içəndə boğular. Atanın anaya mənəvi dəstək olmağı, yanında durmağı çox vacibdir. İki insan ailə qurur, bir ev olurlar. Bir kişinin evdə mənəvi, psixoloji olaraq olması lazımdır. Bu dövlətin mesajıdır ki, ay ata, sən ata olmusan, get evə dünyaya gəlmiş uşağının yanında ol. Düzdür, anadan belə qayğıkeş atalar var. Bu ənənədirmi? Xeyr”, – o bildirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png