ONN İnformasiya Agentliyi

Ərdoğan Azərbaycanlı yanğınsöndürənlərlə görüşdü

Ərdoğan Azərbaycanlı yanğınsöndürənlərlə görüşdü
24 İyun 2022 - 14:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə meşə yanğınlarının söndürülməsi üçün köməyə gedən azərbaycanlı yanğınsöndürənlərlə görüşdü

ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüş Muğla şəhərinin Dalaman hava limanında olub. Dövlət başçısı bölgədə davam edən yanğınla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyəyə göndərilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png