ONN İnformasiya Agentliyi

Əhaliyə XƏBƏRDARLIQ- Bu saata qədər…

Əhaliyə XƏBƏRDARLIQ- Bu saata qədər…
11 İyul 2022 - 8:39

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar 11 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONN media-ya verilən məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png