ONN İnformasiya Agentliyi

Kamran Əliyevin köməkçisinə yeni vəzifə verildi

Kamran Əliyevin köməkçisinə yeni vəzifə verildi
23 Dekabr 2022 - 15:00

Baş Prokurorluqda yeni təyinat olub.

ONN media-nın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş prokurorun böyük köməkçisi Mahir Abbasov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, həmin idarənin rəisi olmuş Ramil Məcidov bir neçə gün əvvəl işdən çıxarılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png