Mikayıl Cabbarov Qaribaşvili ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

ONN media xəbər verir ki, bu barədə M. Cabbarov özünün Tvitter hesabında yazıb.

“Görüşdə Azərbaycanla Gürcüstan arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib.Həmçinin, Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib, birgə həyata keçirilən layihələrin önəmi barədə fikir mübadiləsi aparılıb”, – nazir bildirib//axar.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et