Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin dəqiq tarixi məlum olub.
ONN media xəbər verir ki, bu barədə Yeni Şafak qəzeti məlumat yayıb.
Məlumata görə, iyunun 12-də o, Şimali Kipr Türk Respublikasına, növbəti gün isə Azərbaycana səfər edəcək:
“Türkiyə lideri iyunun 13-də qardaş Azərbaycanda olacaq.
Səfər zamanı bu ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşlər nəzərdə tutulub”.