ONN İnformasiya Agentliyi

Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı

Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
11 Noyabr 2023 - 16:46

Türkiyədə bir çox gözəllik mərkəzlərinin sahibləri olan, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olan Dilan Polatın və həyat yoldaşı Engin Polatın hazırda davam edən məhkəmə araşdırmasında yeni detallar üzə çıxıb.

Qeyd olunur ki, məhkəmə Türkiyənin Maliyyə Cinayətlərini İstintaq Şurası (MASAK) tərəfindən təqdim edilən hesabatları araşdırır.  

Araşdırma zamanı məlum olub ki, Dilan Polatın həyat yoldaşı Engin Polatın özlərinə və yaxınlarının qurduqları şirkətlərin hesabına qısa müddət ərzində 500 milyon türk lirəsi (17 milyon dollar) daxil olub.

Hesabatda cütlüyün onlayn satışlar üçün vergi bazasını azaltmaq üçün saxta sənədlərdən istifadə etdiyi qeyd olunub.

Xatırladaq ki, bir müddətdir çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə gündəmdə olan Dilan Polat və Engin Polat özlərinə qarşı irəli sürülən ittihamları rədd ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png