ONN İnformasiya Agentliyi

Kəmalə Rəhimli efirə çıxmamasının səbəbini AÇIQLADI

Kəmalə Rəhimli efirə çıxmamasının səbəbini AÇIQLADI
13 Noyabr 2023 - 11:21

Uzun müddətdir səhnədən uzaqlaşan Əməkdar artist Kəmalə Rəhimli efirə çıxıb.

ONN Media xəbər verir ki, sənətkar illər sonra “Elgizlə izlə” ictimai-sosial verilişdə qonaq olub.

Rəhimli efirlərdən uzaqlaşmasının səbəbini belə ifadə edib:

“Artıq 3 ilə yaxındır ki, efirlərə çıxmıram. Pandemiya, gözəl sənətkarlmızın dünyasını dəyişmələri, İkinci Qarabağ müharibəsi, şəhid verməyimiz mənə çox pis təsir etdi. Şəhidlərimizin anaları qarşısında baş əyirəm. Hər bir şəhid üçün ağlamışam. Qazilərimizə Allah şəfa versin. Şükür Allaha Qarabağımız azad olundu. Qarabağımız azaddır, mən də efirlərə gəlməliyəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png