ONN İnformasiya Agentliyi

Fazil Mustafa Cavid İsmayılı təbrik edib

Fazil Mustafa Cavid İsmayılı təbrik edib
01 İyun 2024 - 12:47

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri Dr. Cavid Əjdər oğlu İsmayıla məktub ünvanlayıb. Məktubda Cavid İsmayılın ictimai və yaradıcı fəaliyyətinin ən ümdə məqamlarına vurğu edilib:
“Hörmətli Cavid müəllim,
Sizi doğum gününüzlə bağlı təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Siz Türk dünyasına, mədəni irsə, bir sözlə, “ortaq keçmişdən ortaq gələcəyə” gedən yola öz yaradıcı töhfələrinizlə davamlı çıxış edirsiniz. 
Bir tanınmış publisist, araşdırmaçı-yazar olaraq sizin dövri mətbuatda yayınlanan məqalələriniz maraqla qarşılanır. 
“Mənim vətəndaş mövqeyim” (2022), “Vətən qarşılıqsız sevilər” (2022) kitablarının müəllifisiniz. – Kitabların içəriyi (necə deyərlər) adından bəlli olur…
Publisistik yazılarınız Azərbaycandan başqa, qardaş ölkələr Türkiyə və Pakistanda da yayınlanır.
Siz bir sıra önəmli vəzifələr daşımısınız, hazırda da məsul vəzifə daşıyırsınız; bununla yanaşı, həm pedaqoq, həm də araşdırmaçı-yazar olaraq, gənc nəslin təlim-tərbiyəsi, vətəncanlı böyüməsi işinə öz intellektinizi, yanar ürəyinizi heç vaxt əsirgəməmisiniz. 
Təsisçisi olduğunuz, dörd dildə yayınlanan beynəlxalq sertifikatlı elmi jurnalın xətti ilə də gənc araşdırmaçılara öz mənəvi dəstəyinizi göstərirsiniz.
Təsadüfi deyil ki, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin “Vətən naminə” medalı ilə, bir sıra digər ictimai qurumların ödülləri ilə təltif olunmusunuz.
Sizi bütün başarılarınız və doğum gününüzlə bağlı təbrik edir, möhkəm cansağlığı, yaradıcılıqda, ictimai fəsliyyətdə yeni uğurlar diləyirəm”!

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png