ONN İnformasiya Agentliyi

Putindən Kiyevə hücumla bağlı AÇIQLAMA

Putindən Kiyevə hücumla bağlı AÇIQLAMA
14 İyun 2024 - 13:59

Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyindəki çıxışında 2022-ci ildə Ukraynada xüsusi hərbi əməliyyatın başlaması zamanı Kiyevə hücumla bağlı qərarın verilmədiyini bildirib.

ONN media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, rus qoşunları Kiyevə yaxınlaşanda onların müxtəlif istiqamət variantları olub.

Xatırladaq ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu xüsusi hərbi əməliyyat adı altında rəsmiləşdirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png