ONN İnformasiya Agentliyi

Türk futbolçunun bu hərəkəti gündəm oldu

Türk futbolçunun bu hərəkəti gündəm oldu
03 İyul 2024 - 10:29

Almaniyada keçirilən Avro-2024 çərçivəsində Türkiyə millisinin oyunçusu Merih Dəmiralin Avstriya ilə oyunda qələbə sevinci gündəm olub.

ONN media xəbər verir ki, 2-1 Türkiyənin qələbəsi ilə başa çatan oyunda hər iki qolun müəllifi olan M.Dəmiral oyunun sonunda meydançada Bozqurd işarəsi göstərib.

Futbolçunun bu addımı böyük maraqla qarşılanıb. Həmin anın görüntüləri sosial şəbəkələrin Türkiyə və xarici seqmentində sürətlə yayılır.

Futbolçu oyun sonrası müsahibəsində jurnalistin sualına cavabında, “İlk olaraq deyim ki, türk olmağımla qürur duyuram”, – sözləri ilə başlayıb.

Milli komandanın digər üzvü Samət Akaydının da qələbə paylaşımı diqqət çəkib. Futbolçu X hesabında “Dar gəlmişdi Ərgənəkon türklərə, nərəmiz yüksəlirdi göylərə”, – yazıb.

Maraqlıdır ki, 2019-cu ildə Avstriya hökuməti “radikallıq və siyasi islam”la mübarizə başlığı altında Bozqurd simvolu daxil, fərqli qruplara aid bir neçə simvolun istifadəsini qadağan edib. Bununla bağlı ölkədə “Simvol qaydası” qəbul olunub.

Qeyd edək ki, Merih Dəmirəl Avstriya-Türkiyə qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png