ONN İnformasiya Agentliyi

Daha bir ailə intihar etdi – Türkiyə ŞOKDA – FOTO

Daha bir ailə intihar etdi – Türkiyə ŞOKDA – FOTO
15 Noyabr 2019 - 13:38

Türkiyənin İstanbul şəhərinin Bakırköy Osmaniye bölgəsində bir ailənin 3 üzvü evlərində ölü tapılıb.

ONN media xəbər verir ki, ölənlərdən biri azyaşlıdır. Digərlərinin isə onun valideynləri olduğu ehtimal edilir.

Hadisə yerinə polis briqadaları cəlb olunub. İlkin araşdırmalar zamanı evdə kimyəvi maddə tapılıb.

Hadisə yerinə gələn tibb işçiləri ailənin sianid adlı zəhərli maddəni içərək öldüklərini müəyyənləşdiriblər.

Qeyd edək ki, son 10 gündə Türkiyədə 3 belə hadisə yaşanıb. Bundan öncə iki ailə də sianid içərək canlarına qəsd edib. Bunlar eyni anda intihar edən 4 bacı-qardaş və daha bir 4 nəfərlik (ata, ana və iki uşaq) ailədir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png