ONN İnformasiya Agentliyi

Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı

Qardaş ölkədə DƏHŞƏT YAŞANDI: 23 ölü, 100-dək yaralı
15 Noyabr 2019 - 16:14

Pakistanın Sind əyalətində ildırım vurması nəticəsində azı 23 nəfər həyatını itirib.

ONN media xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlər arasında uşaq və qadınlar da var. Məlumata görə, təbii fəlakət zamanı 100-ə qədər insan xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, şiddətli yağışlarla müşahidə olunan ildırım düşməsi zamanı meşəlik ərazidə güclü yanğın baş verib. Nəticədə, yüzlərlə heyvan tələf olub. Yerli dairələr bölgədə təcili vəziyyət elan edərək, bütün iş yerlərinin müvəqqəti bağlanması barədə göstəriş verib.

Sakinlərə vacib olmadıqca iş yerlərini tərk etməmək tövsiyə edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png