ONN İnformasiya Agentliyi

Neftlə bağlı KRİTİK GƏLİŞMƏ: sabah məlum olacaq

Neftlə bağlı KRİTİK GƏLİŞMƏ: sabah məlum olacaq
05 İyun 2020 - 12:30

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bu təşkilata daxil olmayan ölkələr (OPEC+) arasında 6 iyunda toplantı keçiriləcək.

ONN media xəbər verir ki, bu barədə TASS Rusiyanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, OPEC və OPEC+ ölkələri arasında istehsalatda məhdudiyyətlərin tətbiqi toplantıda müzakirə olunacaq.

Ardıcıl 2 toplantı həyata keçiriləcək. 23 ölkə 9,7 milyon barel səviyyəsindəki məhdudiyyətin iyun ayının sonuna qədər uzadılması məsələsini masaya qoyacaq.

Xəbərdə həmçinin Rusiya və Səudiyyə Ərəbistanının da razılaşmanın müddətinin uzadılmasında həmfikir olduqları qeyd edilib.

Qeyd edək ki, OPEC+ üzvlərinin 12 apreldəki iclasında ümumi xam neft istehsalı miqdarının 1 maydan 30 iyuna qədər 9,7 milyon barel azaldılmasına dair qərar qəbul olunmuşdu.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png