ONN İnformasiya Agentliyi

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi
29 Aprel 2024 - 9:51

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib.

ONN media bu barədə “Haber Global”a istinadən xəbər verir.

Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib.

Meteorologiya hesabatına görə, bəzi ərazilərdə tozun daşınması davam edir.

Qurum tərəfindən verilən son məlumatlara görə, ölkənin bəzi yerləri parçalı buludlu, Mərmərənin şimal və şərqi, Daxili Ege, Şərqi Aralıq dənizi ilə Toroslar, İç Anadolu, Osmaniye, Kahramanmaraş , Şanlıurfa, Qaziantep və Kilis ətrafında göy gurultulu leysan yağacağı ehtimal edilir.

Yağışların gündüz Kastamonu, Çankırı, Kırıkkale, Yozqat, Kırşehir və Çorum ətrafı ilə Ankaranın şərq rayonlarında təsirli olacağı gözlənilir.
Cənub ərazilərdə tozun daşınması gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png