Sabirabad rayonunda traktor 6 yaşlı uşağı vurub.
ONN media-nın məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Hüseynov Elnur Əlisoltan oğlu idarə etdiyi “Belarus” markalı traktorla 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.