ONN İnformasiya Agentliyi

Üçtərəfli görüş nə vaxt keçirilə bilər?

Üçtərəfli görüş nə vaxt keçirilə bilər?
11 Avqust 2022 - 15:54

Avqustun sonuna kimi Ermənistan, Rusiya və Azərbaycan arasında yüksək səviyyəli üçtərəfli təmasların keçirilməsi planlaşdırılır.

ONN media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəis müavini İvan Neçayev keçirdiyi brifinqdə məlumat verib.

“Avqustun sonuna qədər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə yüksək səviyyəli üçtərəfli təmasların təşkili planlaşdırılır”, – o deyib.

Neçayev vurğulayıb ki, regiondakı vəziyyət Moskvanın diqqət mərkəzindədir.

“Rusiya Ermənistan və Azərbaycan tərəfi ilə ən yüksək səviyyədə daimi təmasdadır. İntensiv siyasi təmaslarla yanaşı, Rusiya sülhməramlıları yerlərdə vəziyyətin sabitləşməsi üçün lazımi səylər göstərərək fəal işi davam etdirir. Həm Bakı, həm də İrəvan Rusiya sülhməramlı kontingentinin mühüm rolunu dəfələrlə qeyd ediblər. Rusiya tərəfi Qarabağ bölgəsindəki sülhməramlı qoşunlara qarşı bəzi tənqidi bəyanatları əsassız hesab edir”, – İvan Neçayev bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png