Şəmkir rayonunda ölümlə nəticələnənavtomobil qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə Çənlibel kəndində qeydə alınıb.
Belə ki, “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin – Ələsgərov Xaliq Nadir oğlu ölüb, avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Abdiyev Vüsal Rasim oğlu isə ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.