ONN İnformasiya Agentliyi

AZADLIQ MARŞI

AZADLIQ MARŞI
11 Noyabr 2017 - 22:56

Bu şeir tanınmış şair, jurnalist Elçin Mirzəbəyli tərəfindən 1990 cı ildə yazılıb

Ey ulu Vətənim, doğma torpağım,
Var tükənməz odun, sönməz ocağın,
Azadlığa çıxmaq üçün qalxsın bayrağın.

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Biz ki, Vətən oğlu, millət oğlu, Odlar oğluyuq,
Biz ki, xalqa bağlı, yurda bağlı, elə bağlıyıq,
Biz ki, haqq yolunda andımızdan dönmərik heç vaxt,
Vuruş zülmə qarşı, ey ulu torpaq!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi

Yad qılınc ilə qırıldıq yetər,
Zülmə qarşı qalxaq, qul olduq yetər!
Biz ayağa qalxsaq əgər, ayrılıq bitər!

Qalx ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq altında
Birləşdir bizi!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png