ONN İnformasiya Agentliyi

17 iyun ağxalatlı qəhrəmanların günüdür

17 iyun ağxalatlı qəhrəmanların günüdür
17 İyun 2020 - 9:01

Unutmayaq, unutdurmayaq!

Hər il iyunun 17-si ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Tarixə nəzər salsaq görərik ki, bu tarix öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tiflisdən Gəncəyə köçüb. Səhəri gün hökumətin kabinəsində ilk Səhiyyə və Sosial Təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.

Ağ xalatlı qəhrəmanlarımız insanlarımızın ən ağır, çətin anlarında, səhətinin təhlükədə olduğu an daima insanlarımzın yanında olurlar.

Gecə-günüz bilmədən, şəxsi qayğılarını bir tərəfə qoyub şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar.

Bu gün onların – ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır. Bu gün onlar yenə də dünyada tüğyan edən pandemiya hərbində öz yerlərində, ön cəbhədədilər. Ömürlərə ömür calamaq, ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. 

Dəyərli tibb işçiləri, bayramınız qutlu olsun.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png