ONN İnformasiya Agentliyi

Bu gün Abbasqulu bəy Şadlinskinin doğulduğu gündür

Bu gün Abbasqulu bəy Şadlinskinin doğulduğu gündür
24 Fevral 2021 - 9:31

Unutmayaq, unutdurmayaq!

24 fevral (1886-1930 ) erməni -daşnaqlarına qarşı mübarizə aparmış el qəhrəmanı, “Qırmızı tabor”un komandiri olmuş – Abbasqulu bəy Şadlinskinin doğulduğu gündür.

Abbasqulu bəy Şadlınski 24 fevral 1886-cı ildə qədim türk yurdu İrəvan quberniyasının Böyük Vedi mahalında anadan olub. İki sinifli rus-tatar məktəbini bitirib, bir müddət mirab işləyib.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə erməni daşnaklarının azərbaycanlılara qarşı soyqırım törətdiyi bir vaxtda o, erməni quldurlarına qarşı pərakəndə halda döyüşən özünümüdafiə dəsdələrini ətrafına yığaraq könüllü xalq birləşməsini yaratmışdır. Tarixdə sonradan bu xalq birləşməsi “Qırmızı Tabor” kimi tanınmışdır.

Şadlinski 1930-cu ildə fevral ayında “Qaratorpaq” adlanan yerdə erməni daşnaklarının qurduğu pusquya düşmüş, Xəlil və başqa silahdaşları ilə bərabər qətlə yetirilmişdir.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png