ONN İnformasiya Agentliyi

Elay: İşığın hərəkətini görməkdən daha gözəl və mənalı nə ola bilər? – MÜSAHİBƏ

Elay: İşığın hərəkətini görməkdən daha gözəl və mənalı nə ola bilər? – MÜSAHİBƏ
23 Sentyabr 2021 - 11:15

Azərbaycan rəssamlar ittifaqının 2011 ci ildən üzvü, Milan (İtalya) Brera Akademiyasinın magistr məzunu, İstedadlı gənc rəssam boyakar, bir-birindən fərqli və qeyri-adi gözoxşayan rəsm əsərləri ilə seçilən Elay bəy, Oktyabrın 23-də “Beynəlxalq Florensiya Bienalin” sərgisində sənətsevərlərə təqdim olunacaq yeni rəsm əsəri ilə bağlı ONN media-nın həmsöhbəti oldu.

Həmin müsahibəni təqdim edirik:

Bir rəssam olaraq yaratdığınız rəsm əsələri ilə insanlara nə mesaj vermək istəyirsiniz?

Ünsiyyət quracağım tamaşaçı kimdir? Bu sual bir çox rəssamları düşündürür. Rəssam onu tanımır, onun nəyi bəyənəcəyini bilmir. Sözə necə başlamalıdır? Amma rəsm sözlü izah da deyil, bəndləri sətirləri işıqlandır. Rəssam işığın çox kiçik bir illuziyasından istifadə edir. İşığın ən böyük illuziyası ömür adlanan uzun bir günü, aylara illərə bölməkdir. Mənim üçün rəsm əsəri, həm də işığın əsəridir.

Rəsmə baxan adam izah axtarmamalıdır, işığın hərəkətini görməkdən daha gözəl və mənalı nə ola bilər?

Mən rəsmlərimi işıq şüaları ilə təsvir edirəm. İşıq göstərmək üçün işıqlı rəng axtarmıram və ya kölgəni təsvir etmək üçün kölgənin rəngini axtarmıram. Yalnız formanın səthini təsvir edirəm. Bütün işıq, kölgə öz-özünə yaranır. Rəsmin səthi təkrəngli olmasına baxmayaraq, orada eyni zamanda, rəngin tonları da yaranır. Son işlədiyim rəsmlərin bir çoxu təkrəngli qırmızıdır.

Bizdə olan məlumata əsasən, İtaliyanın Milan şəhərində bir çox sərginiz olub. Azərbaycan Televiziyası və İtaliya Televiziyası tərəfindən geniş işıqlandırılıb. Bildiyimə görə, “Beynəlxalq Florensiya Bienalin” sərgisində rəsm əsəriniz qoyulacaq. Bu rəsm əsəri ilə bağlı fikirlərinizi bizimlə bölüşərdiniz…

Oktyabrın 23-də “Beynəlxalq Florensiya Bienalin”da bir rəsmim sərgiyə qoyulacaq. Həmin rəsm”Əhəlləşmiş Qırmızı” adlanır. Bir qadın fiquru və yanında bir bəbir var. Bir rəsm çox mənaya gələ bilir. Zaman və məkana bağlı olaraq mənalar da dəyişir. Rəsm, əsasən göz üçün hazırlanmış bir mənəvi qidadır. Mənə axtarmaq və ya mənə əlavə etmək əhəmiyyətli deyil. Çox zaman sərgilərdə tamaşaçıları müşaidə etsəniz onların əsasən məna axtarışında olduqlarını görə bilərsiniz. Onlar üçün rəsm sanki yad bir dildə danışır. Tamaşaçı topladığı sözləri, kitabları açır tökür, məna çevirici “lüğətləri” işə salır. Digər seyirici, o artıq anlayır ki, rəsmdə mənalar axtarmaq əhəmityyətli deyil. Rəssam gözlərlə danışan, səsiz sonatalar, sözsüz və izah olunmayan romanlar yazan biridir. Sözlü izahı sevməyən, çox zaman sosial ünsiyyətdən qaçan insandır. Onun əsil müsahibi rəssamların əsəridir. Bu ünsiyyət yüksək intellektlər arası bir dildir, sual və cavab şəklinində davam edir və ya təsdiq-təsdiq, inkar-inkar, inkar-təsdiq kimi formalara çevrilir. “Rəsm xalq üçündür” tezisi burada artıq işləmir.

Elay bəy, bir rəssam üçün rəsm əsərlərini izləyəcək, görəcək tamaşaçı önəmlidir. Bəs rəsm əsərlərinizə baxan tamaşaçıda nələr görürsüz? Rəsmlərinizdə yaratdığınız obrazı necə qarşılayırlar?

Buna görə, bir çox insanlar məndən soruşur “Bu rəsmin mənası nədir?” onlara cavabım, heç bir zaman rəsmdə məna axtarma, məna ola da bilər, olmaya da bilər. Bir çox insanlar israrla “Yox!” mütləq olmalıdır məna axı, yoxsa elə şey olar mənasız!? Onlara deyirəm, mənalı rəsm yol işarələri necədir bəyənirsən? Niyə bəyənmirsən mənası ki var? Dərhal məna axtaran şəxsin rəsmə baxışı dəyişir, öz fikirlərini söykəyəcək yer axtarır. Deyəsən çıxılmaz haldır, o yol işarəsini bəyənnmir çünki yol işarəsi gözəl rəsm deyil, bir az mənası var amma nəzərdə tutduğu rəsm bu deyildi. Gözəl olmalıydı, daha gözəl, Tamaşaçı niyə yol işarəsini bəyənmir? Palçıq qarışdıran adam, əl-ələ tutub qaçan qız oğlan, qaçan bir maral, tunel və s. Bu ay sərgimə gələ bilməyən sənətsevərlərə deyirəm, yoldan keçərkən, maşında oturarkən, yol kənarındakı işarələrə diqqətlə baxın, bunların hamısı rəsmdir əziz tamaşaçı, bunların hamısı mənim əsərimdir.

Müsahibəyə zaman ayırıb bizə geniş məlumat verdiyiniz üçün sizə təşəkkür edirəm. Gələcəkdə sizə işlərinizdə uğurlar arzu edirəm.

Mən də, öz növbəmdə Səidə xanım sizə və ONN İnformasiya Agentliyinə öz təşəkkürümü bildirirəm. Milan şəhərində fəaliyyət göstərdiyimə baxmayaraq məni axtarıb tapdınız və gördüyüm işlərlə bağlı maraqlandınız. Diqqətinizə görə bir daha çox sağ olun. Sevgi ilə qalın.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png