ONN İnformasiya Agentliyi

Fövqəladə ünsiyyətcil – Vəfa Quluzadə

Fövqəladə ünsiyyətcil – Vəfa Quluzadə
21 Dekabr 2019 - 10:00

Unutmayaq, unutdurmayaq!

Vəfa Quluzadə 21 dekabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası Mirzəağa Quluzadə-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır.

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə həmin Ali təhsil ocağını bitirmişdi.

2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.

1962–1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.

Vəfa Quluzadə rus, ərəb, ingilis və fars dillərini mükəmməl bilirdi.

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir.

1973-cü ildə vətənə qayıdan Vəfa Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir.

Yenidən diplomatik xidmətə qaytarılan Vəfa Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.

1990-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyir. Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdir. 1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir. Azərbaycan–Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdir.

Mükəmməl bir diplomat kimin Vəfa Quluzadənin SSRİ XİN-dəki şəxsi işində yazılıb: “Fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır.”

Vəfa Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evli idi. Bir qızı və dörd nəvəsi var. Vəfa Quluzadə 1 May 2015-ci ildə vəfat etmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png