ONN İnformasiya Agentliyi

Hərbi Qənimətlər Parkına neçə nömrəli avtobuslar gedir?

Hərbi Qənimətlər Parkına neçə nömrəli avtobuslar gedir?
14 Aprel 2021 - 18:19

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Parkına gedən marşrut avtobuslarının siyahısını açıqlayıb.

Agentlikdən verilən məlumata görə, adıçəkilən park istiqamətində Bakının müxtəlif istiqamətlərindən dörd marşrut xətti işləyəcək. Belə ki, bu park istiqamətində paytaxtın Əhmədli qəsəbəsindən 21, Naxçıvanski küçəsindən 32, Günəşli qəsəbəsindən 46, Hövsan qəsəbəsindən isə 175 saylı marşrut xətləri üzrə avtobuslar hərəkət edir.

Adıçəkilən marşrut xətlərinin son dayanacaq məntəqəsi isə “28 May” metrostansiyasının qarşısıdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png