ONN İnformasiya Agentliyi

“Maşın”ın 18 iştirakçısı artıq bəllidir

“Maşın”ın 18 iştirakçısı artıq bəllidir
07 Noyabr 2018 - 14:54

Xəbər verdiyimiz kimi, “Maşın” realiti-şousunun yayımlanma tarixi açıqlanıb. 

ONN media xəbər verir ki, yarışma dekabrda ATV-də tamaşaçıların qarşısına çıxacaq. “M Group Production”ın mətbuat xidmətindən verilən xəbərdə bildirilib ki, şouda yer alacaq iştirakçıların da siyahısı hazırlanıb. 

Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də, ilk dəfə qatılanlar da yer alıb. Realiti-şounun finalı Azərbaycanlıların Həmrəylik Günündə, yəni Yeni il gecəsi qeyd olunacaq. Həmin gün prodakşın 15 illik yubileyini də keçirəcək.

Qeyd edək ki, ötən "Maşın"da aparıcı, xalq artisti Murad Dadaşov yarışmanı ilk tərk edən meyxanaçı Ələkbər Yasamallıya təklif ünvanlamışdı. O, bilmədən əlini avtomobildən çəkən ifaçının gələn şouda da yer alacağını elan etmişdi. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png