ONN İnformasiya Agentliyi

Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI

Rusiya MN-dən QARABAĞ AÇIQLAMASI
03 Mart 2021 - 21:59

“Qarabağda sutka ərzində bütün təmas xətti boyunca atəşkəsə əməl edilib”.

ONN media  xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb:

Bildirilir ki, sülhməramlılar 27 məntəqədə gecə-gündüz müşahidə aparırlar.

Humanitar Minatəmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Qarabağ ərazisini minalardan təmizləməyə davam edirlər. Gün ərzində 10 hektar ərazi, 5 km yol, 14 yaşayış binası təmizlənib, 51 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Bu günə kimi 1.558 hektar ərazi, 489 km yol, 1538 yaşayış binası, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib. 25.045 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin Stepanakertdəki iki humanitar aksiyasının təhlükəsizliyi təmin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png