ONN İnformasiya Agentliyi

SİMASIZLARA… – Cavid İSMAYIL yazır

SİMASIZLARA… – Cavid İSMAYIL yazır
16 Noyabr 2020 - 12:25

Əfəndilər!
Əzəldən bir qrup “tanınmış” vardı ki,  cənab Prezidentin çıxışlarını izləyər, bir məsələni qeyd edən kimi telini  yan darayar, dərhal tv-radio, qəzet, ümumiyyətlə, mümkün vasitələrdən istifadə edərək dediyi məsələni şərh edib onun söylədiklərinə  öz aləmlərində qüvvət verərdilər.

Bu kateqoriyaya aid olanların əksəriyyəti bərkgedən tvlərdə bütün mümkün vasitələrdən istifadə edərək, hətta efirlərə dəvət almaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxardılar.

Azərbaycan xalqı bütün varlığı ilə Ali Baş Komandanın ətrafında sıx birləşərək vahid yumruğa çevrilib  bir zindana vurduğu Vətən müharibəsi dönəmində demək olar ki, az qala bütün dünya üstümüzə gəldi. Amma  cənab Ali Baş Komandanımızın məğrur dayanmasının, bütün cəbhələrdə cəsarətlə mübarizə apardığının hər birimiz şahidi olduq. Müharibənin getdiyi ən kritik vəziyyətlərdə verdiyi çoxsaylı müsahibələrdə, xalqa etdiyi müraciətlərində Ali Baş Komandan dəfələrlə ermənilərin sahiblərini etik normalara uyğun olaraq işğalçıları silahlandırmada və müharibənin bitməməsində günahlandırdığı zaman həmin əksər “bərkgedənlər”dən heç bir səs-səmir çıxmadı.  Sual olunur, niyə?

Niyə həmin “bərkgedənlər” xalqımız, Vətənimiz, Dövlətçiliyimiz üçün cəsarət sərgiləməyə ehtiyac olan bir zaman yenə yoxa çıxdılar? Haqları olmadığı halda Vətənin səfasını çəkən həmin “bərkgedənlər” yenə tarixi sınaq zamanı Vətənin cəfasını cəkmədilər.

Əslində bunun  səbəblərii bəllidir. Bu səbəblərdən biri görünür, elə ermənilərə nəfəs verənlərin daxilimzdə olan həmin bərkgedənlərin özlərinin ağaları olmasıdır. Digər səbəblərdən biri də odur ki, həmin “bərkgedənlər”  suyun altına dumub vəziyyəti gözdən keçirirmişlər ki, birdən şimal küləyi bərk əsər. Və  beləliklə də zaman-zaman iy verən cəmdəklərini ana dediyimiz Vətəndən öndə tutdular.

Yeri gəlmişgən onu  da qeyd etmək istəyirəm ki, bu ağır günlərimizdə təbii ki, bir  çox dövlət görəvlilərimiz, adsız qəhrəmanlarımız arxa cəbhədə qəhrəmanlıq-fədakarlıq etdilər. Olara öz təşəkkürümü bildirməklə yanaşı, daima hər yerdə gecəli-gündüzlü kişi kimi, əsl Vətən oğlu və sadiq insan kimi cəsur duruşuq sərgiləyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə də bir Vətəndaş kimi öz təşəkkürümü bildirirəm.

İndi tv-lərdə yenə də həmin su altına dumanlardan bəziləri tellərini yan darayıb efirlərdə pafoslu sözlərini deməyə növbə alırlar.

Elə bu yerdə bir anlığa düşünməyə başladım; ay simasızlar, bu “cəsarət” sizlərə rus çəkməsi torpağımıza dəyəndən sonramı gəldi?
İçimizdə olan belə xain, cəsarətsiz, qorxaq, laqeyid, bir ayağı bir tərəfdə, digəri o biri tərəfdə olanlar birmənalı anlamalıdırlar ki, xalq bütöv bir güc olaraq özünün Ali Baş Komandanının yanındadır!

İçimizdəki çürüklər isə Ali Baş Komandanın dəmir yumruğunun bir zərbəsi ilə tarixin iy verən səhifəsində gömüləcəklər. Vətənin inkişafı, Dövlətçiliyimizin daima var olması üşün mütləq gömüləcəklər!

TANRI VƏTƏNİMİZİ, MÜZƏFFƏR ORDUMUZU, RƏŞADƏTLİ ALİ BAŞ KOMANDANIMIZI SİMASIZLARDAN UZAQ ETSİN!

Cavid İSMAYIL.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png