ONN İnformasiya Agentliyi

Şimşək çağacaq, yağış, dolu yağacaq – SABAHIN HAVASI

Şimşək çağacaq, yağış, dolu yağacaq – SABAHIN HAVASI
10 Aprel 2021 - 12:53

Bakıda və Abşeron yarımadasında aprelin 11-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən ONN media -ya verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png