İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən, Türkiyəni də narahat edib. ONN media xəbər verir ki, Türkiyə virus təhlükəsinə görə Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Sərhəddən giriş-çıxışa rəsmən qadağa qoyulub. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb.
Türkiyə Azərbaycanla sərhədi bağladı - SON DƏQİQƏ

