İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açıb.
Bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.
O deyib ki, koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.
Nazir qeyd edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir.
Əhməd Vahidi bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri, o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.
Qeyd edək ki, COVID-19 infeksiyasının Omicron ştamına yoluxma hallarının artmasına görə ötən il dekabrın 25-də İran Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədlərini 15 gün müddətinə bağlayıb. Bu haqda İranın Koronavirusla Mübarizə Qərargahı qərar qəbul edib. Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmayıb.
Xatırladaq ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.



SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
İran Azərbaycanla sərhəddi bağlayıb?- SƏFİRLİK AÇIQLADI
İran Azərbaycanla quru sərhədlərini açır
İran qonşu ölkələrlə sərhədləri bağladı
İran sərhədlərini bağladı - RƏSMİ
Gürcüstan Azərbaycanla quru sərhədlərini açdı - Səfər etmək üçün nələr lazımdır?
Qonşu ölkədə “Omicron” ştamına yoluxma aşkarlandı
İrandan təlimlərlə bağlı MÜHÜM AÇIQLAMA: Bu ölkələr Tehranla Bakı arasında...
Ərdoğan İrana səfər edəcək
İrana da səfər edən turistlərin sayı azaldı - SƏBƏB
Gürcüstan İrana gediş gəlişi məhdudlaşdırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 