İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli soyqrımlardan biri kimi tarixə düşmüş Xocalı soyqrımının törədilməsindən 26 il keçir.
1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqrımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqrımı XX əsrin ən dəhşətli faciələrindən biridir.
O gecə dəhşət yaşadı Xocalı. Qəbul edilməsə də biganə yanaşılsa da dünya hələ belə bir vəhşilik görməmişdi. Elə bir vəhşilik ki, o gecə xəstəyə, qocaya, cavana, körpəyə rəhm etməmiş xüsusi amansızlıqla qətlə yetirmişdilər. Uşaqlar valideynlərinin qarşısında qəddarlıqla öldürülmüş, oğul və qızlarımız diri-diri yandırılmışdır. Neçə-neçə qeyrətli oğullarımız erməni qəsbkarlarının qəbrinin üstündə qurbanlıq olaraq kəsilmişdir. Körpə uşaqlar ana qucağından zorla alınaraq ananın gözü qarşısında divara mismarlanmışdı. Həmİn gecə axşam saatlarından kəndin elektrik və qaz təchizatı dayandırılmışdı. Saat 11-12 radələrində artıq atışma başlayırdı. Əli yalın kənd camaatının üstünə silahlandırılmış erməni dığaları göndərilmişdir. Həmən gecə şəhər sakitliyə, qaranlığa qərq olmuşdu. Sanki Xocalı da bilirdi bu gecə qoynunda yaşanacaqları. Ətrafı işiqlandıran yalnız atılan güllələrin işiğı idi. O gecə quşbaşı qar yağan sərt qış gecəsi dəhşət yaşadı Xocalı. Qələm acizdir o günü təsvir etməkdə. Həmİn gecə 613 nəfər öldürüldü, onlardan 63 nəfəri uşaq,106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 1000 nəfər aldığı yaralardan əlil oldu, 1275 nəfər girov götürüldü onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Bəs nə idi o insanların günahı? Niyə sildilər yer üzündən Xocalını?
İllərdir Xocalı həsrəti ilə yanıb tutuşan Xocalı sakinləri bu faciəni belə xatırlayır: - Gecə saat 11-də evdən çıxdıq. Gəldik meşəyə. Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, qışqırırdılar. Qadınlar uşaqların ağzına dəsmal tıxadılar ki, səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov tutdular. Böyüklər aclığa, saxtaya dözə bilirdilər, amma uşaqlara çox çətin idi. 3 gün ac-susuz qaldıq meşədə. Üçüncü gün Naxçıvanik istiqamətinə gedəndə ermənilər bizi tutub mal tövləsinə saldılar. Bizdən başqa 50-60 adam da var idi. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Vuranda, döyəndə səsini çıxaranları həmin saat güllələyirdilər. Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam...Tarixin bu günə qədər şahid olmadığı bu vəhşiliyi ancaq insanlığını, mərhəmət hissini itirmiş vəhşi ermənilər törədə bilərdilər.
Dünya bu vəhşiliyi görür, nədənsə susur. İllərdir bu məsələyə biganə yanaşılır. Bu cinayət cəzasız qalmamalı, Ermənistan Respublikasının hərbi siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqrımına , əsl soyqrım hadisəsi kimi beynəlxalq siyasi hüquq verməlidir.
Hal-hazırda Xocalı soyqrımını törədən qaniçən şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. O vaxt isə az qalıb, çox az.
Biz gənclər bu məlumatları bütün dünyaya çatdırmalıyıq. Şəhidlərimizin qanının yerdə qalmaması üçün əlimizdən gələni edərək bu faciənin soyqrımı aktı kimi qəbul edilməsi üçün dünyanın aparıcı dövlətlərinə müraciət etməliyik.
Tarix heç nəyi unutmur.
Fəridə Qafarova