Fevralın 25-də Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Sarayında anım mərasimi keçirilib. Saraydan ONN media -ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş kitab stendinə baxış keçiriblər. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd edib. O, Heydər Əliyev Fondunun ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər, aksiyalar keçirməsindən, çap olunan kitablar, jurnallar, posterlər və çəkilən sənədli filmlər, habelə sənədli dəlillər və fotoşəkillərin təqdim edilməsindən ətraflı məlumat verib. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olmasından, Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 dinc sakinin amansızcasına qətlə yetirilməsindən, minlərlə günahsız azərbaycanlının əsir götürülməsindən, ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar. Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Xocalı - əsrin faciəsi” adlı sənədli film nümayiş olunub.
Heydər Əliyev Sarayında Xocalı soyqırımının qurbanları anıldı



Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində
İlk dərslər Xocalı soyqırımının ildönümünə həsr olunacaq - RƏSMİ
Şuşada Xocalı qurbanları anıldı
Qahirədə Xocalı qurbanları anıldı
Türkiyəli səfir Xocalı ilə bağlı paylaşım etdi
İlham Əliyev Xocalı abidəsini ziyarət edib
DTX rəhbərliyi Xocalı abidəsini ziyarət edib
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Xocalı soyqırımından 30 il ÖTÜR
Sabah Bakıda bu yollar bağlanacaq - Siyahı
Bakıda prezidentin iştirakı ilə ümumxalq yürüşü keçirilir
Bu faciə yaddaşımızdan silinməyəcək - Mehriban Əliyeva
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 