Bakının 187 saylı məktəbinin direktoru Nailə Məmmədova təmtəraqlı yubiley mərasimi keçirməsi ilə bağlı yayılan videoya görə guya üzr istəyib. ONN media xəbər verir ki, internet kanallarından birinin canlı efirinə çıxan N.Məmmədova “cəbhə bölgəsinə gedib, əsgərləri ziyarət etməsinə”, “şəhidlər üçün ağlamasına” və s. hərəkətlərinə görə “əgər bunlar qəbahətdirsə, üzr istəyirəm” sözləri ilə əslində əməlinə haqq qazandırmağa cəhd göstərməklə bərabər, sözün bütün mənalarında hamını təhqir edib. Üstəlik, yalan danışmağı da özünə rəva bilib. Deyib ki, guya ad günü keçirməyib, Qubadlının işğaldan azad olunmasını qeyd edib və bu, onun ad günü ilə üst-üstə düşdüyü üçün ona hədiyyə edilən tortu kəsib. N.Məmmədovanın – özünün də canlı müraciətində qeyd etdiyi kimi – ad günü 27 noyabrdadır və yubiley mərasimi də 27 noyabrda keçirilib. Qubadlının azad olunduğu tarix isə 25 oktyabrdır. Görünür, bu direktor-xanım bəhanə axtarıb və Qubadlını “tapıb”, ancaq bir ay fərqlə - öz savadına uyğun olaraq. Videonu təqdim edirik və video-müraciətə baxanların özlərinin nəticə çıxara biləcəyinə qəti şübhə etmirik. İnanırıq ki, N.Məmmədova təhsilimizin səviyyəsini və simasını özündə əks etdirən kadr deyil və Təhsil Nazirliyi də bunu belə qəbul edir.(kult.az) https://youtu.be/-Z1LarWWJHU
Direktorun günahından betər "üzrü": Hamını ələ saldı - ŞOK VİDEO



İşdən çıxarılan direktora YENİ VƏZİFƏ VERİLDİ
SON DƏQİQƏ: Bakıda qalmaqallı məktəb direktoru işdən çıxarıldı
Qubadlının azad olunan kəndlərinin videosu
Məşhur hücumçuya qızıl papaq hədiyyə olunacaq
Daha bir məktəbdə rüşvət qalmaqalı: Direktorun SƏSYAZISINDA nələr var? - VİDEO
Prezidentdən ŞAD XƏBƏR: Bu kəndlər də işğaldan AZAD EDİLDİ
İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündür
Fevralın 10-u qeyri-iş günüdür? - Açıqlama
Azad Rəhimovun dəfn mərasimi ilə bağlı RƏSMİ AÇIQLAMA
Bir qrup hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi
Vətən müharibəsi şəhidinin adına bulaq açıldı
Artsrun özünü İFŞA ETDİ: Xudafərin yox, Qubadlı...
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 