8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.
ONN media xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.
Daha sonra hərbçilərin yürüşü başlayıb.
Yürüşün istiqamətləri aşağıdakı kimidir:
Heydər Əliyev sarayı-Nizami kino Mərkəzi – Neftçilər Prospekti – Azadlıq meydanı – Amay,
Şəhidlər Xiyabanı – Alov Qüllələri – İçərişəhər metrosu – Qala Qapısı – Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli,
Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı,
Olimpik Star – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Sirk – Heydər Əliyev Sarayı – Nəsimi heykəli – Neftçilər prospekti,
Nərimanov heykəli – Mərkəzi Park – Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Mərkəzi Bankı – 28 MALL.
Xatırladaq ki, Zəfər Günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqların işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu. 44 gün davam edən döyüşlər zamanı Rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda təqribən 30 min insan məskunlaşıb. Belə ki, hazırda bu bölgədə aparılan bərpa-quruculuq işləri ilə bağlı müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə minlərlə işçi qüvvəsi cəlb olunub. Bundan başqa, işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən məktəblərdə və Xankəndi şəhərindəki Qarabağ Universitetində minlərlə insan çalışır və ya təhsil alır



Bakıda Zəfər Yürüşü başladı
Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü başladı
Silahlı Qüvvələr Günü münasibətilə yürüş keçirilir
Sabah bu yollar bağlı olacaq
Zəfər Günü Bakıda yürüş olacaq, bəzi yollar bağlanacaq
Zəfər Günündə bu yollar bağlı olacaq
Bakıda Zəfər yürüşü başladı
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Sürücülərin nəzərinə: Hazırda bu yollarda tıxac var
Bu yollarda tıxac var- Siyahı
Bakıda bu yollarda tıxac var
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Sabah yağış yağacaq
Azərbaycanda 63 yaşlı qadın ana oldu
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
Venesuelada zəlzələ qurbanlarının sayı 1450-yə çatdı
Neft yenidən bahalaşdı
Bakının bu rayonunda 3 saat işıq olmayacaq
Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
Kadir İnanır onun həyat yoldaşı olmağımı istəmişdi...
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi 