Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
ONN media xəbər verir ki, idarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında sabah, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacağını bildirib.
O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;
- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.
Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağıdakı ünvanlarda çıxışlar edəcəklər:
- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);
- AzNeft dairəsindəki bayraq meydanında;
- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);
- Zabitlər parkında;
- Koroğlu parkında;
- Fəvvarələr meydanında.
"Bununla əlaqədar olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir", - DYP rəsmisi vurğulayıb.



Silahlı Qüvvələr Günü münasibətilə yürüş keçirilir
Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü başladı
Bakıda Zəfər Yürüşü başladı
Zəfər Günü Bakıda yürüş olacaq, bəzi yollar bağlanacaq
Zəfər Günündə bu yollar bağlı olacaq
Sürücülərin nəzərinə: Hazırda bu yollarda tıxac var
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yollarda tıxac var- Siyahı
Bakıda bu yollarda tıxac var
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ
Paytaxt küçələrində son durum necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 