Türkiyə Zəngəzur dəhlizinin, o cümlədən onun enerji komponentinin açılmasında maraqlıdır.
ONN media xəbər verir bunu "Report"a müsahibəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
"Biz bu xəttin (Zəngəzur dəhlizi) həm enerji nöqteyi-nəzərindən (təchizat), həm də digər tərəflərdən reallaşmasını çox istəyirik. Çünki bu, həm bizim üçün, həm də Avropa üçün çox vacibdir. Ona görə də bu layihənin reallaşacağına ümid edirəm", - A.Bayraktar bildirib.
O, həmçinin iqlim dəyişikliyi ilə mübarizə məsələsinə də toxunub.
"Biz indi "yaşıl transformasiya”ya həsr olunmuş iqlim konfransındayıq. Hamı iqlim dəyişikliyi haqqında nələrsə danışır. Edəcəyimiz ən vacib şey ölkələr və regionlar arasında kommunikasiyaları (interkonnektorları) genişləndirməkdir. Ən mühüm qarşılıqlı əlaqə isə külək enerjisi üzrə böyük potensialı olan Xəzər dənizidir. Yanılmıramsa, Dünya Bankının məlumatına görə, bu potensial 7 500 MVt təşkil edir", - nazir qeyd edib.
O, Türkiyəyə və bu dəhliz vasitəsilə Avropaya böyük həcmdə “yaşıl enerji” tədarükünü nəzərdə tutan layihənin miqyasını qeyd edib.
"Biz bu istiqamətdə işləyirik. Bundan əlavə, Naxçıvanda da günəş enerjisi potensialı yüksəkdir. Biz bu günəş elektrik enerjisinin Türkiyəyə tədarükü üzərində işləyirik", - A.Bayraktar əlavə edib



Bu ölkələr Zəngəzur dəhlizini dəstəkləyir
Bakı və Brüssel arasında razılıq əldə olundu
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı paylaşım
Nazir Zəngəzur dəhlizindən danışdı
Zəngəzur dəhlizi üzərindən Naxçıvana yeni xətt çəkilişi planlarımızdadır - Prezident
Ceyhun Bayramovdan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Türk PA iclasında Zəngəzur dəhlizi müzakirə edildi
Binəli Yıldırımdan Zəngəzur AÇIQLAMASI: İran və Ermənistan üçün...
Zəngəzur dəhlizi Ermənistan üçün vacibdir – Koltaşov
Rəisidən Zəngəzur dəhlizi ilə bağlı ŞOK İDDİA
Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 