İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 200 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Qurumdan verilən məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Son günlər Bakıda keçirilmiş nəzarət tədbirləri zamanı 200-dək belə obyektdə qanun pozuntularına yol verildiyi müəyyənləşdirilib. Qanun pozuntuları protokollaşdırılıb və müvafiq maliyyə sanksiyaları tətbiq olunub.
Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.



"Kartdan karta" ilə işləyən daha 120 sahibkar cərimələndi
Bu şəxslər cərimələnəcək - Xidmətdən xəbərdarlıq
"Kartdan-karta" əməliyyatı ilə bağlı daha bir xəbərdarlıq
“ƏDV geri al” ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda hər kəsi maraqlandıran mühüm yenilik gəlir: BUNDAN SONRA.... - RƏSMİ
214 milyon manat ƏDV geri qaytarılıb
Dövlət Vergi Xidmətindən "ƏDV" AÇIQLAMASI
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Vergilər Nazirliyi maarifləndirici monitorinqlər keçirib
ƏDV-nin qaytarılması necə həyata keçiriləcək? - İZAH
Malların əldə olunması və təqdim edilməsi zamanı sənədləşmə- MÜSAHİBƏ
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 