Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, Komissiyanın sədri, maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qarşıya qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusunun dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunduğunu qeyd edib.
Nazir bildirib ki, bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 4027 nəfər hərbi qulluqçu mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxıldığını və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçuların mənzil növbəsinə əlavə edildiyini diqqətə çatdıran komissiyanın sədri qeyd edib ki, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş 35 milyon manat vəsait hesabına daha 512 tam təmirli mənzil alınaraq Komisiyyanın qərarı ilə hərbi qulluqçulara verilməsi təmin olunmalıdır.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 901 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul edilməsi barədə qərar qəbul edilib.
Komissiya həmçinin, hazırda mənzil növbəsində olan 381 nəfər hərbi qulluqçunun Bakı və Sumqayıt şəhərlərində tam təmirli mənzillərlə təmin olunmasına, eyni zamanda, 131nəfər hərbi qulluqçuya mənzilin verilməsinə dair məsələnin 2025-ci ilin fevral ayında keçiriləcək iclasda mənzillərin Müdafiə Nazirliyi tərəfindən püşkatma yolu ilə növbəsi çatmış hərbi qulluqçular arasında bölgüsünün nəticələri əsasında baxılması qərara alınıb.



ŞAD XƏBƏR: Bu hərbçilərə ev veriləcək
2137 hərbi qulluqçu mənzil növbəsinə qəbul edildi
Bu hərbiçilərə ŞAD XƏBƏR
Nazirlikdən ev almaq istəyən hərbçilərə MÜRACİƏT
Bu hərbçilərə mənzillər verildi
Prezident şəhid ailələri və hərbçilər üçün nəzərdə tutulmuş mənzillərlə tanış oldu (YENİLƏNDİ)
Prezident fərman imzaladı
Prezident bu hərbçilərin maaşını artırdı - SƏRƏNCAM
Bu şəxslərin maaşları artırıldı - SƏRƏNCAM
Bakı və Abşeronda şəhid ailələrinin mənzillə təmin ediləcəyi vaxt AÇIQLANDI
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 700 ev veriləcək
Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 