Azərbaycanda bayram günlərində (31 dekabr-3 yanvar) tarixlərində gözlənilən hava proqnozu açıqlanıb.
31 dekabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. 1 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.
2 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti olacaq.
3 yanvarda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 8-12 dərəcə isti olacaq.
Naxçıvan MR ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i günün ikinci yarısından yanvarın 1-i səhərədək arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4 dərəcə isti, dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta, gündüz 4-8, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti olacaq.
Qazax-Gəncə bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i axşamdan yanvarın 1-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacağı, mülayim qərb küləyinin əsəcəyi, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 0-4, gündüz 6-9, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.
Balakən-Şəki bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i gecə və axşam bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, mülayim qərb küləyi əsəcək, yanvarın 2-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8, yanvarın 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.
Quba-Xaçmaz bölgəsində 31 dekabr-3 yanvar tarixlərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər arabir duman olacağı, qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6, 2-dən bəzi yerlərdə 11 dərəcəyədək isti olacaq.
Dağlıq Şirvan bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimal olunur. Gecə və səhər arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-7, yanvarın 2-dən bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.
Mərkəzi Aran bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-i günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 13 dərəcəyədək isti olacaq.
Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin dekabrın 31-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 7-10, yanvarın 2-dən bəzi yerlərdə 12 dərəcəyədək isti, dağlarda gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.



Bayram günlərində hava necə olacaq?
Bayram günləri üçün hava proqnozu
Martın ilk 3 günü hava necə olacaq? - PROQNOZ
Bayram günləri ölkədə hava necə olacaq? - PROQNOZ
İstirahət günlərinin HAVASI AÇIQLANDI
Bu günün havası açıqlandı
Sabahın HAVASI...
İstirahət günlərinin HAVA PROQNOZU
Sabahın havası açıqlandı
Sabah hava necə olacaq?
Sabahın havası açıqlandı
Bu gün hava necə olacaq?
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
“Qarabağ” Medina ilə bağlı rəsmi açıqlama yaydı
Prezident bu bankın sədrini təltif etdi
Prezident onları təltif etdi
Temperatur 36 dərəcəyə yüksələcək
"İdrak"da müəllimi güllələyən şagirdlə bağlı qərar
Maştağada 62 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ
Nabran yolu nə vaxt açılacaq?
Xəzər dənizində zəlzələ oldu
Messi rekordları alt-üst etdi
Məryəmin orqanları 6 nəfərə həyat verdi
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
Neft sürətlə ucuzlaşır 