Yanvarın 3-dən bərpa edilən Bakı-Balakən-Bakı reysi üzrə ilk qatarın doluluq səviyyəsi 90%-dən çox olub.
ONN media xəbə verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.
Bu, həmin istiqamətdə sərnişindaşımaya yüksək tələbatın olduğunu göstərir.
Hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndan saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq.
Sərnişinlərə "Standard, "Standard+" və "Business" sinifləri üzrə səyahət imkanları təklif olunur.
Bakıdan Yevlax stansiyasına minimum qiymətlər "Standard" sinif üzrə 13,1 manat, "Standard+" sinif üzrə 17,6 manat, "Business" sinif üzrə 54,6 manat, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər "Standard" sinif üzrə 14,8 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 63,3 manat, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə "Standard" sinif üzrə 16,4 manat, "Standard+" sinif üzrə 23,9 manat, "Business" sinif üzrə 67,7 manatdır. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər "Standard" sinif üzrə 18 manat, "Standard+" üzrə 27 manat, "Business" sinif üzrə 72 manatdan başlayır.
Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. Bu, sərnişinlərə internet əlaqəsi, yazışmalar, onlayn axtarış və digər kommunikasiya xidmətlərini təqdim edir



Bakı-Sumqayıt qatarının sabahkı hərəkət qrafiki açıqlandı
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin NƏZƏRİNƏ - Dəyişikliklər olacaq
Bakı-Ağstafa-Bakı marşrutu üzrə 2 əlavə qatar reysi təyin edilib
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
Nazirə məxsus 7 şirkət ləğv olundu
Gəncəyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıdan Ağstafaya getmək istəyənlərin NƏZƏRİNƏ
Gəncə istiqamətinə əlavə qatar təyin edilir - Səbəb?
Bakıdan Qəbələyə qatarla getmək istəyənlərin NƏZƏRİNƏ
Bakı-Sumqayıt qatarından istifadə edənlərə PİS XƏBƏR
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 